Quantcast
Ads by Muslim Ad Network









at-Tin Farsi:: Ghodratollah Bakhtiari Nejad 

Ayat
95:1And olsun əncirə və zeytuna;
95:2And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
95:3And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
95:4Biz insanı ən gözəl biçimdə yaratdıq!
95:5Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
95:6Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
95:7(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!
95:8Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!



Share this Surah Translation on Facebook...