Quantcast
Ads by Muslim Ad Network









ad-Dhuha Farsi:: Ghodratollah Bakhtiari Nejad 

Ayat
93:1And olsun səhərə;
93:2And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,
93:3(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.
93:4Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!
93:5Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne’mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!
93:6Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!
93:7Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!
93:8Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!
93:9Elə isə yetimə zülm etmə!
93:10Dilənçini də (qapıdan) qovma!
93:11Və (həmişə) Rəbbinin sənə olan ne’mətindən söhbət aç!



Share this Surah Translation on Facebook...