Quantcast
Ads by Muslim Ad Network









al-Buruj Farsi:: Ghodratollah Bakhtiari Nejad 

Ayat
85:1And olsun bürclər sahibi olan göyə;
85:2And olsun və’d olunmuş günə (qiyamət gününə);
85:3And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
85:4(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə’nətə düçar olub) qətl edildilər.
85:5O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
85:6O zaman onlar (xəndəklərin) kənarında oturub,
85:7(Öz əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
85:8Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
85:9O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
85:10Şübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.
85:11İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
85:12Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
85:13Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!
85:14(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
85:15Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
85:16O, istədiyini edəndir.
85:17(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
85:18Fir’on və Səmud (ordularının)?
85:19Xeyr, kafir olanlar (səni və Qur’anı) elə hey təkzib etməkdədirlər.
85:20Onların bütün ixtiyarı Allahın əlindədir!
85:21Xeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır!
85:22O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)



Share this Surah Translation on Facebook...