Quantcast
Ads by Muslim Ad Network









`Abasa Farsi:: Ghodratollah Bakhtiari Nejad 

Ayat
80:1(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
80:2Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
80:3Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!
80:4Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
80:5(Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,
80:6Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
80:7Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
80:8Yüyürə-yüyürə sənin yanına gələn
80:9Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,
80:10Sən ondan üz çevirirsən!
80:11Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.
80:12Kim istəsə, ondan öyüd alar.
80:13(Bu Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə -
80:14(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).
80:15(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir).
80:16(O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər.
80:17Ölsün (kafir) insan! O nə nankordur!
80:18(Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
80:19(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
80:20Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.
80:21Sonra onu öldürüb qəbrə qoydu.
80:22Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
80:23Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
80:24İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
80:25Həqiqətən, Biz yağışı bol yağdırdıq.
80:26Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),
80:27Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;
80:28Üzüm və yonca;
80:29Zeytun və xurma (bağları);
80:30(Ağacları bir-birinə) sarmaşan bağçalar;
80:31(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.
80:32(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
80:33Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);
80:34O gün insan qaçacaq öz qardaşından;
80:35Anasından, atasından;
80:36Zövcəsindən və oğullarından!
80:37O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
80:38O gün bir çox üzlər parlayacaq,
80:39Güləcək, sevinəcəkdir.
80:40O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,
80:41Onları zülmət (yaxud his) bürüyəcəkdir.
80:42Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!



Share this Surah Translation on Facebook...