Quantcast
Ads by Muslim Ad Network









al-Waqi`ah Farsi:: Ghodratollah Bakhtiari Nejad 

Ayat
56:1Qiyamət vaqe olacağı (qopacağı) vaxt
56:2Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz!
56:3O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır.
56:4Yer hərəkətə gəlib şiddətlə titrədiyi,
56:5Dağlar parça-parça olub ovxalandığı
56:6Və toz kimi səpələndiyi zaman
56:7Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız:
56:8Sağ tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!)
56:9Sol tərəf sahibləri (əməl dətərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!)
56:10Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)
56:11Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.
56:12Onlar Nəim cənnətlərində olacaqlar.
56:13(Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
56:14Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir).
56:15(Onlar qızıl-gümüş, lə’l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,
56:16Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.
56:17Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;
56:18(Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.
56:19(Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.
56:20(O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr
56:21Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).
56:22(Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.
56:23(O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.
56:24Onlar (bu ne’mətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar.
56:25Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.
56:26Eşitdikləri söz ancaq “salam” olacaqdır.
56:27Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri?
56:28(Onlar) tikansız sidr ağacları,
56:29Salxım-salxım sallanmış möüz (banan) ağacları altında;
56:30Çəkilməyən (daimi) kölgəliklərdə;
56:31Axar su kənarında;
56:32Bol meyvələr –
56:33Tükənməz və qadağan edilməyən (meyvələr) içində
56:34Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!
56:35Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!
56:36Onları bakirə qızlar,
56:37Ərlərini sevən, həmyaşıdlar edəcəyik.
56:38Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!
56:39(Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
56:40Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir).
56:41Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri?
56:42(Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində,
56:43Qapqara duman kölgəsində olacaqlar!
56:44(O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir.
56:45Onlar bundan əvvəl (dünyada) naz-ne’mət içində idilər.
56:46Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular.
56:47Və belə deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?!
56:48Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!”
56:49(Ya Peyğəmbər!) De: “(Sizdən) əvvəlkilər də, sonrakılar da,
56:50Mə’lum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər.
56:51Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar!
56:52Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz,
56:53Qarınlarınızı onunla dolduracaqsınız.
56:54Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz.
56:55Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz.
56:56Bu onların haqq-hesab günündəki ziyafətidir.
56:57(Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?
56:58Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?
56:59Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!
56:60Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,
56:61(Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!
56:62And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!
56:63Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz?
56:64Onu bitirən sizsiniz, yoxsa Biz?!
56:65Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb:
56:66“Biz ziyana uğramış,
56:67Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz).
56:68Bəs içdiyiniz suya nə deyirsiniz?
56:69Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!
56:70Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne’mətlərinə) şükür etmirsiniz?
56:71Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?
56:72Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?
56:73Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.
56:74Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!
56:75Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki –
56:76Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz –
56:77(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur’andır.
56:78(O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır).
56:79Ona yalnız pak olanlar toxuna bilər!
56:80(O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
56:81İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)
56:82Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?
56:83(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman
56:84Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).
56:85Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!
56:86Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə,
56:87Və əgər (“öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur” sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!
56:88Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa,
56:89(Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!
56:90Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),
56:91(Ona özü kimi olan yoldaşlarının dili ilə: ) “Sağ tərəf sahiblərindən sənə salam olsun!” (deyiləcəkdir).
56:92Əgər (ölən kimsə Allahın ayələrini, mö’cüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa,
56:93(Ona) qaynar su ziyafəti veriləcək
56:94Və özü də Cəhənnəmə atılacaqdır.
56:95Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!
56:96Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)



Share this Surah Translation on Facebook...