Quantcast
Ads by Muslim Ad Network









al-Fatihah Farsi:: Ghodratollah Bakhtiari Nejad 

Ayat
1:1Mərhəmətli, rəhmli Allahın adı ilə!
1:2Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,
1:3(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana,
1:4Haqq-Hesab (qiyamət) gününün sahibinə!
1:5Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
1:6Bizi doğru (düz) yola yönəlt!
1:7Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!



Share this Surah Translation on Facebook...